PKK-YA HANSI DÖVLƏT NƏ QƏDƏR KÖMƏK ETDİ və PKK-NI RƏDD EDƏN TƏK ÖLKƏ… | ÇOX TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Türkiyənin “Posta” Qəzeti yazıçısı Candaş Tolga Işık, Abdullah Öcalanı İmralıda qarşılayan və istintaq aparan Jandarma Kəşfiyyat Polkovniki Hasan Atilla Uğurun ‘Abdullah Öcalan’ı Nasıl Sorguladım?’ adlı kitabından bugünkü köşə yazısında bəhs etdi.

Aponun öz cümlələriylə PKK və ‘xarici əlaqələri’…

Yunanıstan: “Lap əvvəldən çox yaxşı dəstək aldıq. Düşərgələr, əsgəri və maddi dəstək, texniki-kəşfiyyat, meşə yanğını təlimlərini şəxsən Yunan kəşfiyyatı verdi”.

ƏSƏDLƏ ŞƏXSƏN GÖRÜŞÜRDÜM
Suriya: “Hafiz Əsədin qardaşı Cəmil Əsədlə şəxsən görüşürdüm. Suriyada düşərgələr açdıq. Suriya dövləti təşkilatlanmamıza icazə vermişdi. Maddi gəlir əldə etməmizə mane olmurdular. Sərhəd keçidlərində kömək göstərirdilər. Suriyada illik 1 milyon dollardan çox gəlir əldə edirdik. Bəzi hallarda Muhaberatın (Kəşfiyyat Xidməti) avtomobillərindən istifadə edirdik”.

İran: “Kəşfiyyat xidməti ETTELAAT-dan Səid adlı bir şəxslə əlaqə qurmuşdum. Bizə silah, SAM7 raketləri və nəqliyyat dəstəyi verirdilər. Bir xəstəxana, 3 düşərgə qurmamıza icazə verdilər. Silah və heyvan ticarətindən pay alırdıq. Gəlirimiz Avropadakına yaxın idi”.

Bolqarıstan: “Bir təlim bürosu açdıq… Gizli xidmətlərinin xəbəri vardı… Səs çıxarmırdılar”.

PARTLAYICILARI SERBİYADAN ALIRDIQ
Serbiya: “Əllərində Strella raketləri vardı. 20 dənəsin satın aldıq. Sonra Serblər çoxunu bizə dəstək məqsədiylə pulsuz verdi. Raket təlimlərini də onlar keçirdilər. TNT, C-4 kimi partlayıcıları Serbiyadan alırdıq”.

Rumıniya: “Buxarestdə evlərimiz və dərnəklərimiz vardı. Dövlət bizə sərbəstlik vermişdi. Türkiyədən qatılanların ilk təlim yeri Rumıniya idi. Rumıniya kəşfiyyat xidməti bizə rabitə ləvazimatları, durbin, gecə görüş cihazı kimi texniki vəsait verirdi”.

Almaniya: “Kəşfiyyat xidmətilə görüşürdüm. Parlamentdən də məni ziyarətə gələnlər vardı. Təşkilat üzvümüz Kani Yılmazın sığınacaq tələbini qəbul edib, pasport verdilər. Hər anlamda güclü olduğumuz bir yer idi”.

İngiltərə: “Bizə qarşı ən ağıllı davranan ölkə idi. Heç bir birbaşa siyasi əlaqə yaratmadılar. Amma gizli olaraq ən böyük dəstəyi İngiltərədən alırdıq”.

Hollandiya: “Bizim təşkilatlanma və təlim yerimizdi. Ən çox dəstək və pul tapdığımız ölkədir”.

Fransa: “Bizə həmişə çox yaxın oldular!”

ABŞ: “Bir nümayəndə göndərdik. Dərnək qurdular. Ayrıca bir informasiya büromuz vardı. Zaman keçdikcə oradakı siyasi insitutlardan dəstək aldıq”.

PKK-NI RƏDD EDƏN TƏK ÖLKƏ
Liviya: İşçilər arasında yaxşı təşkilatlanmışdıq. İldə 500 min dollara yaxın ianə topluyurduq. Amma Liviya dövləti ilə əlaqələrimiz yaxşı deyildi. Hər cür imkanları olmasına baxmayaraq bizə vasitə, vəsait, silah vermədilər. Dəfələrlə tələb etdim, amma Qəddafi bizə heç isti baxmadı”.

Hələ də “PKK 27 ildir niyə məhv edilə bilmir?” deyə soruşmağa gərək varmı?

qaynaq:

DO NOT RECOGNIZE THE NAGORNO KARABAKH REPUBLIC!!!

Advertisements

sarisavas haqqında

kürd faşizminə qarşı dirənirik!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma